"Qarabağ" uğursuz seriyanı qırdı
Azərbaycan çempionu “Qarabağ” “Simurq”la oyunlardakı uğursuz seriyanı qırıb.

İdman.com.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, Zaqatala təmsilçisi ilə son 4 səfər oyununda nəinki qələbə qazanan, heç qol da vura bilməyən Ağdam təmsilçisi Azərbaycan Premyer Liqasının XIV turunda səfərdə 3:2 hesabı ilə qalib gəlib. 2011-ci il oktyabrın 21-də 1:0 hesablı qələbə qazanan Qurban Qurbanovun futbolçular 1105 gündən sonra rəqibini səfərdə məğlub edib. Bu müddətdə iki dəfə qolsuz heç-heçəyə, iki dəfə 0:1 hesablı məğlubiyyətə üzülən Ağdam təmsilçisinin Zaqataladakı son qolunu həmin matçın 61-ci dəqiqəsində Rauf Əliyev vurub. İlqar Qurbanovun 23-cü dəqiqədəki qoluna qədər “Qarabağ” 412 dəqiqə meydan sahiblərini məyus edə bilməyib. Tarixində yalnız 1 dəfə “Simurq”la matçda 3 qol vuran ağdamlılar 2010-cu il oktyabrın 17-dəki ev oyununda da 3:2 hesabı ilə qalib gəmişdi. Bundan 1474 gün sonra “Qarabağ” “Simurq”u 3 qolla məyus edib.

Xəbər 813 dəfə oxundu.