"Lans" "Monako"ya uduzdu | |
Fransa Liqasında 16-cı turun oyunlarına start verilib İlk matç günündə 3 görüş keçirilib. Azərbaycanlı iş adamı Hafiz Məmmədovun sahibi olduğu “Lans” səfərdə “Monako” ilə qarşılaşıb. Oyun "Monako"nun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Lider “Marsel” isə “Loryen”la münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə qalib müəyyənləşməyib. Hərəyə bir dəfə fərqlənən komandalar meydanı 1 xalla tərk ediblər - 1:1. Qeyd edək ki, tura dekabrın 4-ü “Lion” - “Reyms” matçı ilə yekun vurulacaq. |
|
Xəbər 807 dəfə oxundu. |
|
|