Renato Betrtandi: Avropa Oyunları triatlon üçün bir addım irəliləməkdir
Avropa Triatlon Şurası (ETU) bu təşkilatın rəhbəri Renato Bertrandinin Azərbaycana səfərinə dair geniş məqalə yayıb. R.Bertrandi Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının Bakı toplantısında iştirak edib, Avropa Oyunlarına hazırlığa dair ən son məlumatlar əldə edib və Icraçı direktoru Azər Məhərrəmov olmaqla, Azərbaycan Triatlon Federasiyasının rəhbərliyilə görüşüb.

R.Bertrandi üçün Avropa Olimpiya Komitəsinin Baş Assambleyasındakı iştirak müxtəlif federasiya rəhbərlərilə görüşmək, eləcə də Avropa Oyunlarında Triatlonun roluna, habelə gələn il Tbilisidə keçiriləcək Yeniyetmələr üçün Olimpiya festivalına dair geniş fikir mübadiləsi aparmaq imkanı yaradıb. Avropa Oyunlarına gəldikdə isə, triatlon turniri Bakıdan 30 kilometr aralıda keçiriləcək. Bu, həmin idman növünün özəlliyindən irəli gəlir ki, burada bütün tələblərə cavab vermək çox vacibdir. Yarışların yerinin hazırlanmasına dair işlər artıq başlanıb və martın sonunadək tam yekunlaşmalıdır. Mayın əvvəlində isə test yarışları həyata keçiriləcək. Triatlon yarışlarının yerinə dair indiyədək çoxlu diskussiyalar həyata keçirilib. Bu diskussiyalar həmçinin Beynəlxalq Triatlon Şurasının təşkilatçılığı ilə texniki işlərə baxan rəsmilərlə keçirilən danışıqlarda da geniş müzakirə olunub. Bu, tərəflər üçün gələcək tpvsiyələr baxımından çox vacib müzakirələr olub.

Bununla yanaşı, hazırda ETU Avropa Oyunlarında təmsil olunacaq texniki personalın siyahısının hazırlanması üzərində iş aparır. Bu məqsədlə müxtəlif ölkələrin Milli Federasiyalarına onların təmsilçilərinin bu mötəbər yarışlara cəlb edilməsinə dair sorğular göndərilib. Bu zaman mütəxəssislər İTU-nun birinci, ikinci və üçüncü dərəcələrinə malik olmalıdılar. AvroOyunların proqramına əsasən, texniki işlərə baxan rəsmilər Bakıya triatlon yarışlarına dörd gün qalmış - iyunun 9-da gələcək. Səfər isə iyunun 16-da, turnirdən iki gün sonra başa çatacaq. Yaxın vaxtlarda ETU, İcraiyyə Komitəsinin toplantısında Bakı Avropa Oyunlarının texniki rəsmi şəxslərinin siyahısını təsdiqləyəcək. Bu seçimi isə ispaniyalı Xorxe Qarsiya və macar Bela Varqa kimi peşəkarlar edəcək. Ən son və tam dolğun informasiya isə yanvarın sonunda Milli Triatlon Federasiyaları rəhbərlərinin iştirakilə keçiriləcək ETU yekun konfransında açıqlanacaq. Bu toplantıda Bertrandi geniş hesabatla çıxış edəcək, prezentasiyanı isə Azərbaycanın nümayəndə heyəti həyata keçirəcək.

Bununla belə, ETU rəhbəri qarşıdan gələn Avropa Oyunlarında ən peşəkar trialtonçuların çıxışlarını vaxib sayıb. Buna da çox ciddi əsasə var. Turnirin qalibləri Rioda keçiriləcək Olimpiadaya lisenziyalar qazanacaq, yəni Braziliyaya kvalifikasiya Bakı Avropa Oyunlarından start götürəcək. "Təqvim planlarınızda indidən qeyd edin - iyunun 13 və 14-də Avropa Oyunları çərçivəsində yarışlar keçiriləcək. Bu start bütün kontinent üçün böyük bir addım olacaq və biz, triatlonun proqrama daxil edilməsindən çox məmnunuq. Vaxt var idi - biz özümüz müxtəlif instansiyalara dəvət üçün müraciətlər edirdik, şükür ki, bu vaxtlar artıq keçmişdədir. İndi triatlon idman təqvimində ən mötəbər yerlərdən birini tutur və təşkilatçıların qapıları üzümüzə daim açıqdır", -deyə R.Bertrandi qeyd edib.


Xəbər 465 dəfə oxundu.