"Neftçi" və "Simurq" cəzalandı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

İK Azərbaycan Premyer Liqasının son turunda baş verən hadisələrlə bağlı müvafiq qərarlar çıxarıb.

Azərbaycan Premyer Liqasının XIV turunun “Neftçi” – “Qəbələ” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının XIV turunun “Simurq” – “Qarabağ” matçının 60-cı dəqiqəsində “Simurq” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə klub 2000 manat cərimələnib.

Xəbər 1667 dəfə oxundu.