Erika Koimbra: Rəqibimiz hələ məğlub olmayıb

“Onlar İtaliya çempionatında birinci yeri tuturlar. Bu səbəbdən düşərgələrində ruh yüksəkliyi hökm sürür”. İdman.com.az saytının məlumatına görə, bunu “İqtisadçı”nın voleybolçusu Erika Koimbra deyib. Sabah CEV kubokunun 1/8 final mərhələsində qarşılaşacaqları “Yamamay”la (İtaliya) oyuna münasibət bildirən braziliyalı legionerin sözünə görə, “A seriyası”nda məğlubedilməz olan rəqib komandanın qələbə seriyasına son qoymağa çalışacaqlar: “Rəqibimiz cari mövsümdə 11 oyun keçirib və hamısında qalib gəlib. Hazırda “A seriyası”nda vahid lideridir. Ümid edirəm ki, biz bu komandanı dayandıra biləcəyik. Ancaq onu da bilirik ki, bəzi çətinliklərimiz var. Düzdür, yeni transferimiz Kristina Fernanda Ferreyranın gəlişi ilə heyətimizi gücləndirdik. Mən onun gəlişinin arzusunda idim”.
Qeyd edək ki, “Yamamay” – “İqtisadçı” oyunu yanvarın 11-də baş tutacaq.

Xəbər 927 dəfə oxundu.