Quliyev Gülbaba Balasoltan oğlu
Quliyev Gülbaba Balasoltan oğlu 04 yanvar 1956-cı ildə Dəvəçi rayonunda anadan olub.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. Sərbəst güləş idman növü ilə məşğul olub. “Neftçi” İSM-də sərbəst güləş üzrə məşqçi-müəllim vəzifəsində çalışır. Sərbəst güləş üzrə “İdman ustası”, “Azərbaycan Respublikasının Əməkdar məşqçisi” fəxri adlarına layiq görülüb. İdman fənləri üzrə dosentdir.

Yetirməsi Elman Əsgərov Avropa çempionatının 2 dəfə gümüş mükafatçısı, dünya kubokunun qalibi və Afina Olimpiya Oyunlarının iştirakçısı olub.

Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 209-cu il tarixli Sərəncamı ilə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb.

Xəbər 2442 dəfə oxundu.