Daha bir ulduz futboldan gedir
Braziliyanın "Koritiba" klubunun yarımmüdafiəçisi Aleks de Souza həftəsonu keçiriləcək "Bahia" ilə görüşdən sonra futbolçu karyerasını başa vuracaq.

Bu barədə braziliyalı futbolçu "İnstaqram" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Fənərbaxça"nın sabiq futbolçusu karyerası ilə bağlı bunları bildirib: "Mənə verdiyi hər şey üçün futbola təşəkkür edirəm. Lakin artıq karyeramın sonuna gəldim. Bazar günü dadını çıxaracağım daha bir oyun olacaq. Mənə hər zaman yaxşı davranan bütün azarkeşlərə minnətdaram. Təşəkkürlər "Koritiba", "Palmeyras", "Kruzeyro", "Flamenqo" və "Fənərbaxça".

Qeyd edək ki, 2004-2012-ci illərdə "Fənərbaxça"nın şərəfini qoruyan Aleks de Souza keçirdiyi 245 oyunda 136 qola imza atıb

Xəbər 744 dəfə oxundu.