Afrikada ilin ən yaxşı 5 futbolçusu müəyyənləşdi
Afrikada 2014-ci ilin ən yaxşı futbolçusu adına 5 namizədin adı açıqlanıb.

Bunlar Əhməd Musa (Nigeriya, CSKA), Yaya Ture (Fil Dişi sahili, Mançester Siti”), Vinsent Enema (Nigeriya, “Lill”), Asamoa Qyan (Qana, “Əl-Ain”) və Pyer-Emerik Obameyanqdır (Qabon, “Borussiya”).

Qalibin adı gələn il yanvarın 8-də, Nigeriyanın Laqos şəhərində keçiriləcək mərasimdə müəyyənləşəcək.

Xatırladaq ki, son 3 ildə Afrikanın ən yaxşı futbolçusu adına Yaya Ture layiq görülüb.

Xəbər 806 dəfə oxundu.