Pele Bakıya gələcək
Dünya futbolunun canlı əfsanəsi Pele 2015-ci ilin əvvəlində Azərbaycana səfərə gələcək.

Bu barədə ABŞ-ın nüfuzlu "The Huffington Post" qəzeti məlumat verib.

Hazırda xəstəxanada olan sabiq futbolçu "Twitter" hesabı vasitəsilə onu sevənlərə vəziyyətinin yaxşı olduğunu bildirib: "Bu imkandan istifadə edərək bildirmək istəyirəm ki, vəziyyətim yaxşıdır".

Pele deyib ki, artıq reanimasiyada deyil, məxfilik məqsədilə xəstəxanada xüsusi otağa köçürülüb.

Pele qeyd edib ki, qarşıdan gələn bayramları ailəsi ilə keçirmək, yeni ilə tam sağlam başlamaq və bir sıra beynəlxalq səfərlərə getməyə hazırlaşır.

Xatırladaq ki, Pele noyabrın 13-də böyrək daşının götürülməsi üçün uğurlu əməliyyat olunub, lakin sonradan sidik yolu infeksiyası diaqnozu qoyulduğundan yenidən xəstəxanaya yerləşdirilib.

Əlavə edək ki, Pele Azərbaycanla yanaşı, Avstraliya, Çin və Nigeriyaya da səfər etməyi planlaşdırır.

Xəbər 818 dəfə oxundu.