ATF-ə daha bir etimad

Azərbaycan Taekvondo Federasiyasının (ATF) I vitse-prezidenti Füzuli Musayev yeni təyinat alıb. O, 27-29 yanvarda Rusiyanın Kazan şəhərində London Yay Olimpiya Oyunlarına son lisenziyaları verən Avropa təsnifat turnirində Nəzarət Komissiyasının üzvü təyin edilib. Bu səlahiyyət Dünya Taekvondo Federasiyasının (WTF) prezidenti Çunq Von Ço tərəfindən dörd nəfərə verilir. Onlar hakimlərin işinin qiymətləndirilməsi, fövqəladə hallar üzrə nəzarət-intizam komitəsinin üzvü və yarışla bağlı texniki nümayəndə məsləhətçisi kimi fəaliyyət göstərəcəklər.
Qeyd edək ki, ötən ay ardıcıl olaraq ikinci dəfə ETU-nun vitse-prezidenti seçilən F.Musayev, bu məsuliiyətli işə ilk dəfədir ki, təyin edilir.

Xəbər 1369 dəfə oxundu.