"Eştoril" - PSV matçının ikinci hissəsi təxirə salındı
Avropa Liqasının qrup mərhələsinin V turunda keçirilən "Eştoril" (Portuqaliya) - PSV (Hollandiya) matçının ikinci hissəsi oynanılmayıb.

Buna güclü yağışın yağması səbəb olub.

İlk hissə ərzində yağan yağış stadionun ot örtüyünü yararsız hala salıb. Bu səbəbdən matçın baş hakimi ikinci hissənin təxirə salındığını elan edib. "Eştoril" - PSV matçının ikinci hissəsinin nə zaman oynanılacağı hələlik məlum deyil.

Qeyd edək ki, "Eştoril" - PSV görüşünün ilk hissəsi meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər 855 dəfə oxundu.