“Azəryol” Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyununu keçirib
Azərbaycanın qadınlardan ibarət “Azəryol” voleybol komandası Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyununu İstanbulda “Fənərbaxça” kollektivinə qarşı keçirib.

“Burhan Fələk” voleybol salonunda keçirilən qarşılaşmanın ilk iki hissəsində təmsilçimiz müvafiq olaraq 25:21 və 25:20 hesabı ilə uduzub. Üçüncü hissədə “Azəryol” 19:25 hesabı ilə qələbə qazanıb. Sonuncu setdə voleybolçularımız rəqibinə 25:16 hesabı ilə məğlub olub.

Beləliklə, qarşılaşma 3:1 hesabı ilə Türkiyə təmsilçisinin qələbəsi ilə başa çatıb.

AzərTAc

Xəbər 1027 dəfə oxundu.