Türkiyə, Ukrayna və Özbəkistan yığmaları Bakıya toplaşırlar

Yanvarın 14-də Bakı İdman Sarayında ənənəvi futzal turniri start götürəcək. 5-ci dəfə təşkil olunacaq yarışda 4 komanda iştirak edəcək. Komandamızın qitə çempionatının final mərhələsi və dünya çempionatının seçmə pley-off oyunlarına qatılacağını nəzərə alsaq, mübarizənin əhəmiyyəti olduqca böyükdür. Oyunlarda komandanın taktiki hazırlığı daha çox diqqət mərkəzində olmalıdır. Çünki ötən rəsmi mərhələlər bu mənada bəzi yeniliklərə ehtiyac olduğunu əyani nümayiş etdirir. Əks təqdirdə, yığmaının durğunluq dövrünə qədəm qoyması da mümkündür. Son vaxtlar komanda kollektiv oyun planında da bir qədər yeknəsəqləşib. Bunun əsas səbəblərindən biri isə sürətli oyun quruculuğunda, qədim Roma prinsipi ilə, üslubun tez-tez çevirilməməsidir.
Bu və digər məqamaları da nəzərə alsaq, qarşıdakı turnir bir çox istiqamətdə yeniliklərə qiymət vermək üçün də əhəmiyyət kəsb edəcək. Yarışın AFFA-nın rəsmi saytında dərc olunan təqvimi belədir:
14 yanvar: 17:00. Ukrayna – Türkiyə; 19:15. Azərbaycan – Özbəkistan.
15 yanvar: 17:00. Türkiyə - Özbəkistan; 19:15. Azərbaycan- Ukrayna.
16 yanvar: 13:00. Özbəkistan – Ukrayna; 15:00. Türkiyə – Azərbaycan.

Xəbər 965 dəfə oxundu.