"Arsenal"ın daha iki futbolçusu sıradan çıxdı
Çempionlar Liqasının qrup mərhələsinin V turunda "Borussiya"ya qalib gələn "Arsenal" klubunun daha iki futbolçusu sıradan çıxıb.

Bu barədə komandanın baş məşqçisi Arsen Venger açıqlamasında deyib.

Fransız mütəxəssis "Borussiya" ilə görüşdə Mikel Arteta və Yaya Sanoqonun da zədələndiyini bildirib: "Zədələr bizim üçün problemdir. Çünki daha çox oyun keçiririk. Daha iki futbolçumuz sıradan çıxdı. Mikel Artetanın baldırında problemi var. Yaya Sanoqo da dizindən zədələndi".

Qeyd edək ki, "Arsenal" - "Borussiya" oyunu 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Xəbər 840 dəfə oxundu.