"Məğlubiyyətə layiq deyildik" - Qvardiola
"Bavariya" klubunun baş məşqçisi Pep Qvardiola dünən Çempionlar Liqasının qrup mərhələsinin V turunda məğlub olduqları "Mançester Siti" ilə oyun haqda danışıb.

İspaniyalı mütəxəssis klubun rəsmi saytına açıqlamasında komandasının məğlubiyyətə layiq olmadığını bildirib:

"Bəli, "Mançester Siti"yə uduzduq. Bununla belə, komandamla qürur duyuram. Azlıqda qalmağımıza baxmayaraq, layiqli mübarizə apardıq. Futbolçularıma əhsən deyirəm. Komandam bu görüşdə məğlubiyyətə layiq deyildi".

Qeyd edək ki, "Mançester Siti" - "Bavariya" oyunu 3:2 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Xəbər 838 dəfə oxundu.