Əfsanəvi oyunçu həyatını itirdi
Fənərbaxçanın və türk futbolunun unudulmaz adlarından olan Fikrət Kırcan həyatını itirdi.

Fənərbaxça formasını 22 il boyunca müvəffəqiyyətlə daşıyan,sonra isə texniki direktor və idarəçi olan `Kiçik Fikrət`ləqəbli əfsanəvi oyunçu, 95 yaşında həyata gözlərini yumdu.

Qeyd edək ki, o, klubun ən uzun müddət forma geyİnən futbolçusu olub. Kırcan, sarı-göylü formasında 139 qola imza atıb.

Xəbər 830 dəfə oxundu.