Dieqo Kosta yeni təklif alıb
Yayda “Çelsi”yə transfer olunan və uğurlu oyununu London klubunda da davam etdirən Dieqo Kosta yeni təklif alıb.

İdman.com.az saytının məlumatına görə, Madrid “Real” 26 yaşlı hücumçu ilə yaxından maraqlanır. “Qalaktikos” Kostanı mövsümün sonunda heyətinə qatmaq arzusundadır.

Nəzərə alsaq ki, Kosta Joze Mourinyonun istəyi ilə transfer edilib, deməli, onun “Çelsi”dən ayrılacağı inandırıcı deyil.

Xəbər 832 dəfə oxundu.