"Neftçi"nin futbolçusu "Ayntraxt"da
“Neftçi”nin qapıçısı Emil Balayev Almaniya bundesliqası klublarından olan “Ayntraxt”ın (Frankfurt) kluba ünvanladığı rəsmi dəvətə əsasən baxışda iştirak etmək üçün bu ölkəyə yola düşüb.

Emil Balayev noyabrın 26-dan dekabrın 12-dək “Ayntraxt”ın düşərgəsində baxışda olacaq. Baxışın nəticələrinə əsasən Almaniya klubu qapıçı ilə bağlı qərar verəcək.

Xəbər 795 dəfə oxundu.