Suares “Barselona”da ilk qolunu vurdu
“Barselona”nın hücumçusu Luis Suares yeni komandasının heyətindən rəsmi oyunlarda ilk qoluna imza atıb.

Çempionlar Liqasının qurup mərhələsində hazırda APOEL-lə qarşılaşan Katoloniya klubunun ilk qolunu 27-ci dəqiqədə Suares vurub.

“Barselona”ya trasfer edildikdən sonra cəza səbəbindən üç ay yaşıl rəsmi oyunlara çıxmayan uruqvaylı forvard buna qədər La Liqanın 4 oyununda iştirak etsə də, qol hesabını aça bilməyib.

Xəbər 766 dəfə oxundu.