İzuf Vladislav Georgiyeviç
İzuf Vladislav Georgiyeviç 17 yanvar 1951-ci ildə Bakı şəhərində anadan olub.
1966-cı ildən yelkən idmanı ilə məşğuldur. Dəfələrlə respublika çempionu və beynəlxalq yarışların mükafatçısı olub. 1972-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. Əmək fəaliyyətinə həmin ildə təlimatçı-metodist vəzifəsindən başlayıb. 1989-cu ildən Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin idman sektorunun baş məsləhətçisi vəzifəsində işləyir. Azərbaycan Respublikası Velosiped İdmanı Federasiyasının I vitse-prezidenti, İdman rəqsləri və Yelkən idmanı federasiyalarının İcraiyyə Komitələrinin üzvüdür. Yelkən idmanı üzrə milli komandanın baş məşqçisidir.

“Azərbaycan Respublikasının əməkdar məşqçisi”, “Respublika dərəcəli hakim”, “Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və idman işçisi”dir.

Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2009-cu il tarixli Sərəncamı ilə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb.

Xəbər 1270 dəfə oxundu.