“Bakı” Almaniya klubu ilə qarşılaşacaq

“Bakı”nın Türkiyədə təlim-məşq toplanışında daha bir rəqibi bəlli olub. İdman.com.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “ağ-göylər”in Antalyadakı ilk hazırlıq mərhələsində 2-ci rəqibi Almaniyanın I liqa təmsilçisi “İnqolştadt” olacaq. Həmin matç yanvarın 19-da keçiriləcək.
Bu gün Antalyaya təlim-məşq toplanışına yollanan “Bakı” ilk hazırlığı yanvarın 20-dək olacaq. Orada 2 yoxlama matçı keçiriləcək ki, ilk oyun yanvarın 14-də Niderland çempionatının lideri “AZ Alkmaar”la baş tutacaq.
Qeyd edək ki, “Bakı” Antalyada 2-ci hazırlıq mərhələsində 4 yoxlama oyunu olacaq. Bunlardan son 2 matç – fevralın 1-də Minsk “Dinamo”su, 4-də Slovakiyanın “Koşitse” klubu ilə oyun müəyyənləşib.

Xəbər 989 dəfə oxundu.