Kimberli Qlass: Onlara ciddi rəqib kimi yanaşırıq

“İlk matçda onlar yüksək əzmkarlıq nümayiş etdiriblər. Buna görə də biz onlara ciddi rəqib kimi yanaşırıq”. Bu fikir “Rabitə”nin voleybolçusu Kimberli Qlassa məxsusdur. Amerikalı legioner komandasının növbəti oyunlarını şərh edib. O bildirib ki, sabah Avropa Çempionlar Liqasının V turunda Bakıda qəbul edəcəkləri “Drezdner”lə (Almaniya) görüşdə qələbə qazanmağa çalışacaqlar: “Biz ilk növbədə konsentrasiyanı itirməməliyik və oyundan-oyuna daha da yaxşı oynamalıyıq. Çünki hazırda mövsümün ən intensiv dövrüdür. Bütün matçlar çox vacibdir”.

Xəbər 1112 dəfə oxundu.