Messi haqda növbəti sensasiyalı iddia
Lionel Messi şərəfini qoruduğu "Barselona"nın cari mövsümün sonu yox, 2016-ci ildə tərk edə bilər.

Bu iddia ilə İspaniyanın "Cope" radiosu çıxıb edib. Bildirilib ki, "Barsa" 2016-ci ildə keçiriləcək klubdaxili prezident seçkilərdən öncə argentinalı hücumçunu rekord qiymətə satmağı planlaşdırır. Bildirilir ki, Messi “Barselona”da ona olan münasibətin "Real"ın Ronaldoya qarşı yaxşı münasibətindən xeyli fərqlənməsindən narazıdır. Bu səbəbdən onun "Barsa"dan ayrılmağa razı olacağı qeyd olunub.

Kataloniyanın "Sport" qəzeti isə yazıb ki, təzminat qiyməti 250 milyon avro olan Messini hazırda ala biləcək 4 klub var. PSJ, "Çelsi", "Mançester Siti" və "İnter"in 27 yaşlı hücumçunun transfer edə biləcək qədər pulu olduğu bildirilib.

Xatırladaq ki, bundan əvvəl Messinin cari mövsümün sonu "Barselona"nı tərk edəcəyi iddia edilirdi. Ancaq argentinalı oyunçunun atası Xorxe Messi bu iddiaları təkzib edib.

Xəbər 797 dəfə oxundu.