Əksəri “Zirvə”çilərdən qurulan milli komanda Kiprə yola düşür
Noyabrın 20-29-u aralığında Kiprin Limassol şəhərində yaşı 20 və 23-ə qədər olan gənclər arasında Avropa çempionatı keçiriləcək. Bu yarışda Azərbaycan milli komandası da iştirak edəcək. Kiprə 5 qadın və 5 kişi idmançımızı yola düşüb. Bunlar qadınlarda Əzimova Səbinə (48 kq), Əlizadə Gülçin və Boyanka Kostova ( hər ikisi 53 kq), Elnarə Abbasova (63 kq) və Anastasiya İbrahimli (69 kq), kişilərdə Rüstəm İmanzadə və Məhəmməd Məmmədli (hər ikisi 62 kq), Kənan Əliquliyev və Elşad Şərifov (hər ikisi 69 kq) və Dadaş Dadaşbəylidir (94 kq).

Komandanı yarışa məşqçilər heyətində Hafiz Süleymanov, Tomaş Feher, Elmar Sultanov, Nizami Paşayev və Xannar Nəbiyev aparacaq. Yığma noyabrın 20-də Kiprə yola düşəcək.

Qeyd etmək lazımdır ki, Avropa çempionatında iştirak edəcək Azərbaycan yığmasının 10 üzvündən 9-u “Zirvə” İdman Klubunun nümayəndəsidir. Boyanka Kostova istisna olmaqla, digər ağır atletlər hazırda bizim klubu təmsil edirlər və turnirdə medal qazanmaq üçün yaxşı şansa malikdirlər.

Onların hər birinə uğurlar arzulayır, vətənə qələbə ilə dönmələrini gözləyirik!

Xəbər 1144 dəfə oxundu.