Afrika kubokunun finalçıları müəyyənləşdi
Afrika kubokunda qrup mərhələsinin seçmə turu başa çatıb.

Final mərhələsinə yüksələn 16 milli komanda müəyyənləşib.

CAR, Əlcəzair, Qabon, Kamerun, Qana, Tunis və Kabo Verde milliləri qrup liderləri kimi birbaşa qatılmaq hüququ qazanıblar. Konqo, Mali, Burkina-Faso, Fil Dişi Sahili, Qvineya, Zambiya və Seneqal isə qrup ikincisi kimi turnirə vəsiqə əldə ediblər. Konqo Demokratrik Respubliksı ən yaxşı 3-cü yerin sahibi kimi turnirə qatılmaq hüququ qazanıb. Ekvatorial Qvineya millisi isə ev sahibi qismində final mərhələsində iştirak edəcək.

Qeyd edək ki, Afrika kuboku gələn il Ekvatorial Qvineyada keçiriləcək.

Xəbər 907 dəfə oxundu.