"Araz"ın son sınağı
Bu gün futzal üzrə UEFA kubokunun elit-raundunda növbəti oyunlar keçiriləcək.

Avropanın 16 ən güclü klubu “Dördlər finalı”na vəsiqə uğrunda B qrupunun son matçı keçiriləcək.

Qrupda hər iki oyunda uduzan və növbəti mərhələyə yüksəlmək şansını itirən təmsilçisimiz "Araz" Çexiyanın “Xrudim” klubu ilə qarşılaşacaq.

Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, "Araz" bundan əvvəlki matçlarda "Slov-Marik"ə 3:4, "Dina"ya isə 4:5 hesabı ilə məğlub olub.
20 noyabr

UEFA kuboku, elit-raund, III tur

“Araz” (Azərbaycan) - “Xrudim” (Çexiya)

Xəbər 1007 dəfə oxundu.