Suareslə Kyellinidən barışıq sazişi
"Barselona"nın hücumçusu Luis Suares və "Yuventus"un müdafiəçisi Corco Kyellini barışıq məqsədilə görüş keçirməyi planlaşdırırlar.

Artıq futbolçuların menecerləri sözügedən görüş və onun vaxtı barədə danışıqlara başlayıblar.

Futbolçular arasında imzalanacaq barışıq sazişinin sosial şəbəkələrdə paylaşılması variantı nəzərdən keçirilir. Eyni zamanda mətbuat nümayəndələrinin iştirakı ilə oyunçular arasında forma mübadiləsinin olacağı da istisna edilmir. Aksiya gənc futbolçulara örnək xarakteri daşıyacağından bunun FİFA tərəfindən dəstəkləcəyi gözlənilir.

Qeyd edək ki, Suares "DÇ-2014"ün qrup mərhələsində keçirilən Uruqvay - İtaliya matçında (1:0) Kyellininin çiynini dişlədiyi üçün FİFA tərəfindən 4 ay müddətinə futboldan kənarlaşdırılmışdı.

Xəbər 876 dəfə oxundu.