Halilhodziçdən Bosniya və Hersoqovina açıqlaması
"Trabzonspor"dan ayrılan Vahid Halilhodziç Bosniya və Hersoqovina yığmasından təklif alıb.

62 yaşlı mütəxəssis Bosniya və Hersoqovina millisini çalışdırmaq istəmədiyini deyib.

"Bosniya və Hersoqovinanı çalışdırmayacağam. Bu məsələni müzakirə etmək fikrim də yoxdur" - deyə Halilhodziç bildirib.

Qeyd edək ki, bir müddət öncə Bosniya və Hersoqovina yığması baş məşqçisi Safet Suşiçlə yollarını ayırıb.

Xəbər 946 dəfə oxundu.