Pelenin oğlu həbs olundu
Dünya futbolunun canlı əfsanəsi Pelenin oğlu Edinyo həbs olunub.

Edinyo narkotik ticarətindən əldə olunan çirkli pulların yuyulmasında təqsirli bilinir.

İyul ayında 33 illiyinə azadlıqdan məhrum olunan 44 yaşlı Edinyonun növbəti məhkəməsi keçirilib. Hakim Suzana Pereyra Edinyonun şikayət edə bilmək hüququnun saxlanılması şərti ilə onun həbsinə qərar verib.

Sabiq futbolçunun vəkilləri məhkəmənin bu qərarına təəccübləndiklərini və müvəkkillərinin dərhal azadlığa buraxılmasını tələb edəcəklərini bildiriblər. Ötən həftə böyrəyindən əməliyyat olunan Pele hələlik hadisəylə bağlı heç bir açıqlama verməyib.

Qeyd edək ki, "Santos" klubunun sabiq qapıçısı olan Edinyo daha öncə narkotik aludəçisi olduğunu etiraf etsə də, narkotik ticarəti ilə məşğul olmadığını deyib.

Xəbər 884 dəfə oxundu.