Avropa Olimpiya Komitəsinin 43-cü Assambleyası
BAKI, 21-22 noyabr 2014-cü il

21-22 noyabr 2014-cü il tarixlərində Bakıda Avropa Olimpiya Komitəsinin (AOK) 43-cü baş Assambleyası keciriləcək. Baş Asssambleyada Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax da iştirak edəcəkdir. Baş Assambleya 21 noyabr 2014-cü il tarixində “Fairmont Baku Flame Towers” otelində öz işinə başlayacaq. Baş Assambleyada AOK-un prezidenti Patrik Hikki, AOK-un baş katibi Rafaele Pagnozzini, BOK-un baş katibi Gunilla Lindberg, BOK-un Olimpiya Həmrəyliyi İdarəsinin direktoru Pere Miro, AOK-un “Olimpiya oyunları”, “Marketinq və rabitə”, “AGOF”, “Avropa Birliyi”, ”İdman hamı ücün”, “Olimpiya mədəniyyəti və irsi, ”Tibb və anti-dopinq”, ”İdmanda gender bərabərliyi” və ”Atletika” komissiyalarının sədrləri hesabat məruzələri edəcəklər. Ümumi Asssambleyada AOK Avropa Oyunları üzrə Əlaqələndirmə Komissiyasının sədri Spyros Capralosun Bakı-2015 məlumatı və Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) hesabatı dinləniləcək. XXXI Yay Olimpiya Oyunlarına (Rio-de-Janeyro-2016), XXIII Qış Olimpiya Oyunlarına (Pxenyan-2018) və Avropa Yeniyetmələrinin Olimpiya Festivalına (Tbilisi-2015) hazırlıq işlərinin gedişi ilə bağlı hesabatlar da Assambleyanın gündəliyinə daxildir. Asssambleyada Avropanın 5 ən yaxşı gənc atletinə 4-cü “Pyotr Norivski” adına mükafatlar da təqdim olunacaq.

Baş Assambleyadan bir gün əvvəl- noyabr ayının 20-də “Fairmont Baku Flame Towers” otelində AOK-un İcraiyyə Komitəsinin iclası keçiriləcək.

Avropa Olimpiya Komitəsinin (AOK) 43-cü Ümumi Assambleyası başa catdıqdan sonra noyabr ayının 22-də saat 13:00-da “Fairmont Baku Flame Towers” otelində KİV nümayəndələri üçün mətbuat konfransı keçiriləcək.

Xəbər 853 dəfə oxundu.