Masallı voleybolçularının qələbə sevinci
10-15 noyabr tarixlərində Astara Olimpiya İdman kompleksində idman məktəblərinin VII Respublika Oyunları Proqramına daxil olan idmanın voleybol növü üzrə 2001-2002-ci il təvəllüdlü oğlanlar arasında final yarışı keçirilib.

Beş gün davam edən idman yarışında Sumqayıt və Lənkəran şəhərinin, Gədəbəy, Qax və Masallı rayonlarının komandaları qələbə uğrunda mübarizə aparıblar. Respublika birinciliyində Masallı rayon komandası daha inamlı oyun nümayiş etdirərək birinci yerə layiq görülüb.

Xəbər 843 dəfə oxundu.