Xiddink də postunu tərk edə bilər
Hollandiya yığmasının baş məşqçisi Qus Xiddink yaxın müddətdə postunu tərk edə bilər. Bu barədə AD.nl məlumat verib.

Mənbənin xəbərinə görə 68 yaşlı mütəxəssis yaxın günlərdə Hollandiya Futbol Federasiyası ilə danışıqlar aparacaq.

Çox güman ki , Xiddink millidə işini məşqçi-məsləhətçi kimi davam etdirəcək. Danni Blind isə baş məşqçi olacaq.

Xəbər 829 dəfə oxundu.