"Araz"ın UEFA kubokunda ilk sınağı
Bu gün futzal üzrə UEFA kubokunun elit-raund mərhələsi başlayacaq.

Yarışın ilk günündə Azərbaycanı təmsil edən "Araz” Slovakiyanın "Slov-Matik” klubu ilə qarşılaşacaq.


B qrupunda mübarizə aparacaq komandamızın rəqibləri "Slov-Matik” (Slovakiya), "Xrudim” (Çexiya) və "Dina” (Rusiya) klubları olacaq. Bu qrupun oyunları Çexiyada keçiriləcək.

18 noyabr

Futzal UEFA kuboku, elit-raund

18:30. "Araz” (Azərbaycan) – "Slov-Matik” (Slovakiya)
"CEZ Arena"

Xəbər 925 dəfə oxundu.