Premyer Liqamızda lider dəyişdi
"Araz Naxçıvan" klubunun Azərbaycan Premyer Liqasında fəaliyyətini dayandırması artıq dəqiqləşib.

AFFA İntizam Komitəsinin bügünkü qərarından sonra çempionat 9 komanda ilə davam etdiriləcək.

Naxçıvan təmsilçisinin 10 turdakı nəticələrinin ləğvi isə turnir cədvəlində dəyişikliklərə səbəb olub. İlk turda "Araz Naxçıvan"a 0:3 hesabı ilə uduzan "Neftçi" liderliyə yüksəlib. "Bakı" klubu isə son pillədə qərarlaşıb.

Xəbər 918 dəfə oxundu.