"Xəzər Lənkəran" kubokun 1/4 finalında
Azərbaycan kubokunun 1/4 final mərhələsinin bir iştirakçısı artıq indidən məlumdur.

Bu, "Xəzər Lənkəran" klubudur.

Lənkəran təmsilçisi 1/8 finalda "Araz Naxçıvan" klubu ilə qarşılaşmalı idi. Lakin Naxçıvan klubu fəaliyyətini dayandırdığı üçün "Xəzər Lənkəran" birbaşa olaraq 1/4 finalda oynamaq hüququ əldə edib.

Qeyd edək ki, 1/4 finalın qalan iştirakçılarına dekabrın 3-də keçiriləcək 7 oyundan sonra aydınlıq gələcək.

Xəbər 877 dəfə oxundu.