Voleybol üzrə respublika zona birinciliyi
10-15 noyabr tarixlərində Astara Olimpiya İdman Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Atletika Federasiyası, rayonun əlaqədar təşkilatları ilə birgə İdman Məktəblərinin VII Respublika Oyunları proqramına daxil olan voleybol üzrə 2001-2002-ci il təvəllüdlü oğlanlar arasında Respublika final yarışı keçirilib.

Yarışda Respublikanın 4 zona yarışının qalibləri (birinci və ikinci yerlər) olmuş 8 komanda- Sumqayıt, Qax, Masallı, Lənkəran, Gədəbəy, Şəki, Qusar, Gəncə komandalarından 112 idmançı, 8 nümayəndə və 5 hakimlər heyəti ümumən 125 nəfər iştirak edib.

Yarışda Masallı rayon komandası birinciyə, Lənkəran rayonu ikinciyə, Qax rayonu üçüncü yerə layiq görülüblər.

Qalib komandalara və həvəsləndirici yerlər tutmuş komandalara Gənclər və İdman Nazirliyi tərəfindən diplomlar təqdim olunub.

Xəbər 1139 dəfə oxundu.