Bahadir oyunlari basha catdi
16.11.2014 -cü il Sumqayıt Paralimpia İdman kompleksində, Alpaqut Turan Döyüş Sənəti üzrə, Azər Eyvazovun xatirəsinə həsr olunmuş Bahadır Oyunları keçirildi. Yarışda Bakı komandalarından Nərimanov, Binəqədi, Suraxanı, Sabunçu, Nv Faytinq klub, Vaşaq klubu, Azər Eyvazov adına idman klubu, Sumqayıt Alpaqut klubu, Neftçala, Xaçmaz, Ağcabədi və s komandalardan ibarət 150 ə yaxın idmançı iştirak etdi.

Komandalar Alpaqut Turan Döyüş Sənətinin Aypara, Batur və Caymaz sistemində mübarizə apardı. Aypara Sistemi üzrə: 1 yer Suraxanı, 2 yer, Nərimanov, 3 Yer Neftçala, Batur Sistemi üzrə: 1 yer Sumqayıt, 2 yer Vaşaq klubu, 3 yer Nv Faytinq, Caymaz sistemi üzrə: 1 yer Azər Eyvazov adına idman klubu, 2 yer Nərimanov, 3 yer Sumqayıt komandaları müəyyənləşdi.

Yarışın Açılış Mərasimində Azərbaycan Alpaqut Federasiyasının prezidenti Aqil Acalov çıxış edərək şəhid Azər Eyvazovun timsalında Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş bütün şəhidlərə Tanrıdan rəhmət dilədi və gəncləri qorxmaz, cəsur olmağa eyni zamanda hər an vətənin müdafiəsi üçün hazır olmağı aşıladı.

Daha sonra şəhid Azər Eyvazovun atası Eyvaz Eyvazov çıxış etdi. O, bütün şəhidlərə rəhmət diləyərək, eyni zamanda Azərbaycan Alpaqut Federasiyası rəhbərliyinə, eləcədə bu yarışda iştirak edən komandaların rəhbərlərinə və idmançılarına və bütün zəhmət çəkənlərə minnətdarlığını bildirdi.

Növbəti çıxış üçün sözü AAF nin vitse prezidenti Musa Abdullayev aldı. O, Gəncləri pis vərdişlərdən çəkinməyə və müqəddəs amallar uğrunda mübarisə aparmağa səslədi və bunun üçün Alpaqut Turan Döyüş sənətinin ən gözəl vasitə olduğunu qeyd etdi.

Sonda Sumqayıt Gənclər və İdman Baş İdarəsinin Nümayəndəsi çıxış etdi. O, İdman idarəsinin bu yarışı dəstəklədiklərini qeyd etdi və idmançılara uğurlar arzuladı.

Qeyd: Yarışı Azərbaycan Alpaqut Federasiyası, Azər Eyvazov adına idman klubu və Sumqayıt Alpaqut filialı tərəfindən yaradılmış təşkilat komitəsi həyata keçirdi.

Xəbər 896 dəfə oxundu.