CSI1*-W Xəzər Kuboku
20-22 Noyabr 2014-cü il tarixlərdə Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Bakı şəhəri, Novxanı qəsəbəsində yerləşən “Sərhədçi Atçılıq Mərkəzi”-nin qapalı manejində atçılığın konkur növü üzrə “Xəzər Kuboku” adlı CSI1*-W kateqoriyalı beynəlxalq turnir keçiriləcək.Turnirdə Azərbaycan,Gürcüstan,Türkiyə, Rusiya, Polşa, Ukrayna, İran və s. ölkələrin idmançılarının iştirakı gözlənilir. Yarışlarda ümumilikdə 25-ə yaxın idmançı və 50-ə yaxın at iştirak edəcək.Turnirə Azərbaycan, Türkiyə, Bolqarıstan və İrandan dəvət olunacaq hakimlər kollegiyası nəzarət edəcək. Turnirin ümumi mükafat fondu 9500 AZN təşkil edir. Yarışlar hər gün saat 12:00 da başlayır. Tamaşaçılar üçün giriş pulsuzdur.

Xəbər 1042 dəfə oxundu.