Türkiyənin ilk qələbəsi, Hollandiyadan darmadağın
"Avro-2016"nın seçmə mərhələsində IV turun oyunlarına yekun vurulub.
Millimizin yer aldığı H qrupu ilə yanaşı, A və B qruplarında növbəti oyunlar keçirilib.

A qrupunda uğursuz çıxışı ilə diqqət çəkən Türkiyə millisi bu turda evdə Qazaxıstanla qarşılaşıb. Fatih Terimin komandası bu görüşdə qalib gəlməklə seçmə mərhələdə ilk qələbəsini qazanıb – 3:1.

Qrupun digər matçında Hollandiya yığması evdə Latviya ilə münasibətlərinə aydınlıq gətirib – 6:0. Qrup liderləri Çexiya və İslandiya yığmaları Praqada üz-üzə gəlib. Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 2:1.

B qrupunda Belçika doğma azarkeşləri önündə Uelslə heç-heçə edib – 0:0. İsrail isə Bosniya və Hersoqovinanı qəbul edib və 3:0 hesablı qələbəyə sevinib.Qrupun autsayderi Andorra yığması isə səfərdə Kiprin qonağı olacaq. Qarşılşma Kiprin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər 824 dəfə oxundu.