Volkan Dəmirəl stadionu tərk etdi
Türkiyə millisinin “Avro-2016”nın seçmə mərhələsində Qazaxıstanla oyunu öncəsi xoşagəlməz hal yaşanıb.

İsinmə hərəkəti edən millinin əsas qapıçısı Vokan Dəmirəl bir qrup azarkeş tərəfindən söyüşlərlə təhqir edilib.

Təcrübəli qapıçı azarkeşləri sakitləşdirmək istəsə də, onun cəhdləri nəticə verməyib. Əsəblərini cilovlaya bilməyən qapıçı əvvəlcə paltardəyişmə otağına, oradan isə evinə yollanıb. Onu Volkan Babacan əvəzləyib.

Xəbər 931 dəfə oxundu.