London olimpiadasına ikinci əl biletlərin satışaına başlanılıb

Böyük Britaniyada və Avropa İttifaqının digər ölkələrində 2012-ci il London Olimpiya və Paralimpiya oyunlarına lazımsız biletlərin təkrar satışının rəsmi mexanizminə start verilib. Olimpiya oyunlarına və mərasimlərinə biletlərin əsas hissəsi ötən ilin yaz-yay aylarında www.tickets.london2012.com internet saytı vasitəsilə satılıb. İndi isə lazımsız saydıqları biletləri satmaq üçün bilet sahiblərinə leqal imkan verilib.

Avropa İttifaqı ölkələrinin sakinləri getmək istəmədikləri və ya gedə bilməyəcəkləri yarışlara biletləri nominal üzrə satışa çıxara biləcəklər. Satılan biletlərin pulu satan şəxsin hesabına köçürüləcək. Dörd həftə ərzində satılmayan biletlər sahibinə qaytarılacaq.

AzərTAc

Xəbər 1065 dəfə oxundu.