Azərbaycan - Norveç oyunu ukraynalı hakimə tapşırıldı
"Avro-2016"nın seçmə mərhələsində noyabrın 16-ı keçiriləcək Azərbaycan - Norveç matçının hakimləri müəyyənləşib.

İdman.com.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakıda oynanılacaq qarşılaşmanı ukraynalı hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Yevgeni Aranovski olacaq. Ona Aleksandr Voytyuk və Semen Şlonçak köməklik edəcəklər. Sergey Bekker isə dördüncü referi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, Azərbaycan - Norveç oyunu noyabrın 16-ı, saat 21:00-da başlayacaq.

Xəbər 1075 dəfə oxundu.