Mingəçevirin 66 illiyinə həsr olunmuş xüsusi tədbirlər keçirilib
Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbi Mingəçevirin 66 illiyinə həsr olunmuş xüsusi tədbirlər planı hazırlanıb, həyata keçirilib.

7-8 noyabr tarixlərində Uşaq Gənclər İdman Məktəbinin nəzdində fəaliyyət göstərən Yunan-Roma güləşi üzrə 2000-2005-ci il təvəllüdlü idmançılar arasında, noyabrın 10-da isə cüdo güləşi üzrə 1998-2005-ci il təvəllüdlü idmançılar arasında müxtəlif çəki dərəcələrində yarışlar keçirilib.

Həmçinin 4-11noyabr tarixlərində “Şəhər günü”nə həsr olunmuş mini-futbol üzrə UGİM-nin 1999-2000-ci il təvəllüdlü yeniyetmə futbolçular arasında turnir təşkil olunub.

Turnirdə UGİM-in 4 komandası ilə birlikdə “Spartak” Cəmiyyətinin 2 komandası, Mingəçevir Turizm Kollecinin 2 komandası, Mingəçevir Tibb Kollecinin 2 komandası II yarımqrupda mübarizə aparıblar. Yarışların yekunlarına görə, birinci yerə UGİM-1 (1999-2000), ikinciyə Mingəçevir Turizm Kolleci, üçüncüyə Mingəçevir Tibb Kolleci-2 layiq görülüblər.

Hər üç komanda şəhər Gənclər və İdman İdarəsinin təsis etdiyi kubok və diplomla təltif olunublar.

Yarışda ən yaxşı qapıçı, ən yaxşı müdafiəçi və məhsuldar hücumçu idarənin diplomlarına layiq görülüblər.

Xəbər 1045 dəfə oxundu.