Zidan məşqçi kurslarına başladı
"Real"ın ikinci komandası - “Kastilya”nın çalışdırıcısı Zinəddin Zidan məşqçi kurslarına başlayıb.

Kursun müddəti 2015-ci ilin mayına qədər olacaq.

Z.Zidan kursu başa vurduqdan sonra bütün çempionatlarda işləməyə icazə verən lisenziya alacaq.


Qeyd edək ki, Z.Zidan məşqçi lisenziyası olmadığı üçün bu ilin oktyabrında ona üç ay müddətinə məşqçilik etməsinə qadağa qoyulub.

Xəbər 867 dəfə oxundu.