Hakim meydandan qovduğu futbolçudan üzr istədi
Fransa Liqasının son turunda keçirilən PSJ - "Marsel" matçının hakimi Klement Turpin diqqət mərkəzinə düşüb.

Referi matçın 78-ci dəqiqəsində qonaq futbolçu Ginelli İmbulanı haqsız yerə meydandan qovduğunu etiraf edib.

Turpin oyunun videoyazısını izləyərkən raportunda epizodu düzgün dəyərləndirmədiyini və İmbulaya qırmızı vərəqə göstərməməli olduğunu qeyd edib. Referi yanlışlıqla meydandan qovduğu futbolçudan üzr istəyib.

PSJ ilə oyunda birbaşa qırmızı vərəqə alan "Marsel"in 22 yaşlı futbolçusu cəzalı duruma düşüb. Onun neçə oyun komandasına kömək edə bilməyəcəyi hələlik məlum deyil.

Xəbər 1079 dəfə oxundu.