Valdes zədəsini sağaltmaq üzrədir
"Barselona"nın sabiq qapıçısı Viktor Valdes zədəsini sağaltmaq üzrədir.

Bu barədə ispan qolkiper "Tvitter" hesabından yazıb. Hazırda "Mançester Yunayted"in məşqlərində iştirak edən V.Valdes tez bir zamanda yaşıl meydanlara qayıdacağını deyib:

"Mançester Yunayted"də məşqlər yaxşı keçir. Demək olar ki, hazıram. Uzun müddət mənə mesajlar göndərərək dəstək olan azarkeşlərə təşəkkürümü bildirirəm".

Qeyd edək ki, V.Valdes zədəsini tam sağaltdıqdan sonra "MY" ilə müqavilə imzalayacaq.

Xəbər 878 dəfə oxundu.