"Heç-heçə utancvericidir" - "İnter"in baş məşqçisi
"İnter" klubunun baş məşqçisi Valter Matsari Avropa Liqasının qrup mərhələsində 1:1 bərabərə qaldıqları oyun haqda danışıb.

Təcrübəli mütəxəssis "Sent-Etyen"lə oyunda qeydə alınan heç-heçənin onlar üçün utancverici olduğunu bildirib:

"Komandamla fəxr edirəm. İlk hissədə yaxşı oyun nümayiş etdirdik. Bu görüşdə qələbə də qazana bilərdik. Lakin zədələr səbəbindən ikinci hissədə oynamağa gücümüz çatmadı. Bu heç-heçə bizim üçün utancvericidir. Bir qədər diqqətli oynasaydıq, üç xal qazana bilərdik".

Xəbər 889 dəfə oxundu.