"Qalatasaray" Prandelli ilə bağlı yekun qərarını verdi
"Qalatasaray" baş məşqçisi Çezare Prandelli ilə yolları ayıracaqları ilə bağlı iddialara münasibət bildirib.

Klubun vitse-prezidenti Abdurrahim Albayrak italiyalı mütəxəssisin "Qalatasaray"da qalacağını deyib:

"Baş məşqçi dəyişikliyi olmayacaq. Bununla bağlı yekur qərarımızı vermişik. Heç bir məşqçi ilə də danışıq aparmırıq"

Xəbər 878 dəfə oxundu.