“Milli Dirçəliş Günü”nə həsr olunmuş yarış keçirilib
1-2 noyabr tarixlərində M.Hüseynzadə adına şəhər stadionunda “Milli Dirçəliş Günü”nə həsr olunmuş yeniyetmə (1998-2000) oğlan və qızlar arasında keçirilmiş şəhər birinciliyində oğlanlar arasında Nicat Paşazadə (46kq), Taleh Məmmədov (50kq), Nicat İsmayılzadə (55kq), İsmayıl İbrahimov (60kq), Seymur Qocayev (66kq), Hasil Cəfərov (73kq), Akşin Məhəmmədzadə (81kq), Nicat Aslanov (90kq) və Ramil Babayev (+90kq) bütün rəqiblərinə qalib gələrək yüksək yerlərə layiq görülüblər.

Qızlar arasında isə Sevda Vəliyeva (36kq), Şəhanə Hacıyeva (40kq), Əfsanə Rəsulova (44kq), Göyçək Əsədova (48kq), Gültac Məmmədəliyeva (52kq), Leyli Ağayeva (57kq) və Fidan Tanriverdiyeva (63kq) birinci olublar.

Yarışların qalib və mükafatçıları şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanı ilə mükafatlandırıblar.

22-27 oktyabr tarixlərində Qəbələ rayonunda Vətənin müdafiəsinə hazıram poliatlon çoxnövçülüyü üzrə ali, orta ixtisas və texniki peşə liseyləri arasında Azərbaycan çempionatı keçirilib.
Sonda şəhər yığma komandası 965 xalla bütün rəqiblərini üstələyərək ölkə çempionu adına layiq görülüb.

Şəxsi yarışlarda Elturan Kərimli (100 m. qaçış) və Şahmurad Abdullayev (turnikdə dartınma) birinci olublar.

Xəbər 1098 dəfə oxundu.