Sumqayıt şəhərinin 65 illik yubileyinə həsr olunmuş idman tədbirləri
9-10 oktyabr tarixlərində M.Hüseynzadə adına şəhər stadionunda Sumqayıt şəhərinin 65 illik yubileyinə həsr olunmuş kişi və qadınlar arasında keçirilmiş şəhər çempionatında kişilər arasında Xanoğlan Zülfüqarov (60kq), Murad Muradov (66kq), Pərviz Şükürov (73kq), Rövşən Səfərov (81kq), Çingiz Ramazanov (90kq), Sərxan Mərifəti (100kq) və Musa Musayev (+100kq), qadınlar arasında Sevinc Əliyeva (48kq) yüksək yerlərə layiq görülüblər.

Eyni adlı tədbir cari ilin 25 oktyabr tarixində 1 saylı Uşaq Gənclər İdman Məktəbində 2003-cü il təvəllüdlü və daha kiçik yaşlı stolüstü tennisçilər arasında keçirilib.

Sonda oğlanlar arasında Murad Koroğluyev, qızlar arasında Karina Eyvazova bütün rəqiblərini üstələyərək birinciliyin qalibi olublar.

Yarışların qalib və mükafatçıları şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanı və hədiyyələri ilə mükafatalandırılıblar.

Xəbər 1052 dəfə oxundu.